Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərinin ikinci iclası keçiriləcək.
Bu barədə İnsanoid bu gün, 21 avqust tarixində quruma istinadən xəbər verir.
Nazirlərin görüşü sentyabrın 6-dan 8-dək Bakıda baş tutacaq.
Bundan başqa, 7-10 noyabr tarixlərində paytaxtda TDT ölkələrinin gənclər və idman nazirlərinin görüşü keçiriləcək.