Bakıda yük maşını piyadanı vurub. Bu barədə 20 oktyabr tarixində Report məlumat verib.
Hadisə bu gecə saat 02 radələrində Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, Ağayev Hacıağa Vaqif oğlu etibarnamə əsasında idarə etdiyi "HOWO ST-3250C" markalı yük avtomobili ilə Sabunçu rayonunda, "Şəhər şosesi" ilə Zabrat qəsəbəsi istiqamətindən şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə yolun hərəkət hissəsində dayanmış şəxsiyyəti məlum olmayan kişini vurub.
Naməlum şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb.