Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib.
İnsanoid.com President.az saytına istinadən xəbər verir kiŞ dövlət başçısının imzaladığı Sərəncamda deyilir:
"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, Baş nazir Əli Əsədovun noyabrın 30-da 70 yaşı tamam olur.