Oktyabrın 17-si saat 20:30 radələrində Qəbələ şəhər sakini Elnarə Tahirovanın və onun 17 yaşlı qızının kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub. Bu barədə 18 oktyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Şübhəli bilinən Salatın Əhmədiyyəzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.