Qəbələdə evi yararsız vəziyyətə düşən ailə çadırla təmin olunub. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 24 oktyabr tarixində məlumat verir.
Rayonun Bum qəsəbə sakini Elçin Rəhimova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 6 nəfərdən ibarət ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini E.Rəhimov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.