Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində 2 ədəd irigövdəli ağacın aşması nəticəsində bağlanan yol açılıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 26 iyun tarixində xəbər verir.
Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.