Qəbələdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində İnsanoid APA-ya istinadən xəbər verir.
Hadisə nəticəsində Qəbələ sakini, 37 yaşlı Əhmədov Ramil Ənvər oğlu xəsarət alıb.
Yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.