Qəbələdə zəlzələ baş verib. Bu barədə İnsanoid bu gün, 22 iyul tarixində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.
Zəlzələ yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3,2 olub.
Zəlzələ 3 bala kimi hiss edilib.