Şabran rayonunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə 5 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Şabran rayonunun Taxtakörpü su anbarının ərazisində qadağan edilmiş yerdə tilovlarla qanunsuz balıq ovu edən Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar.
Həmin şəxslərdən 7 ədəd tilov və qanunsuz olaraq ovladıqları balıqlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.