Qeyri-qanuni erməni silahlı dəstələri Ağdam istiqamətində yeni səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə 8 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
“Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb”, - məlumatda qeyd olunub.