Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə “Qarabağ” çempion olub. Bu barədə İnsanoid bu gün, 27 may tarixində xəbər verir.
XXXVI turun sonuncu matçında "Araz-Naxçıvan"la üz-üzə gələn "Qarabağ" matçı 2:2 hesabı ilə, heç-heçə başa vurub.
"Qarabağ" 83 xalla çempionluğunu qeyd edərkən "Araz-Naxçıvan" mövsümü 36 xalla 8-ci sırada bitirib.
Bununla da "Qarabağ" 11-ci çempionluqla mövsümü birinci yerdə başa vurub. "Zirə" ikinci pilləni tutaraq, Avropa Liqasına vəsiqə qazanıb. "Sabah" üçüncü, "Sumqayıt" isə dördüncü olaraq, Konfrans Liqasında mübarizə aparacaq.