Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklarda növbəti rəqibi bəlli olub. Bu barədə noyabrın 7-də İnsanoid xəbər verir.
Qurban Qurbanovun yetirmələri mübarizəni Konfrans Liqasında davam etdirəcəklər. Təmsilçimiz bu turnirin pley-offunda “Gent” (Belçika) ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda oyunlar 2023-cü ildə baş tutacaq.
Futbol klubumuzun ilk görüşü fevralın 16-da Bakıda keçiriləcək. Cavab oyunu ayın 23-də səfərdə baş tutacaq.