“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib. Bu barədə 30 avqust tarxində Report xəbər yayıb.
Qeyd edək ki, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.
Azarkeşlər avqustun 31-də baş tutacaq qarşılaşmanı “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər.