Qaxda iki azyaşlı qardaş dərmandan zəhərlənib. Bu barədə 17 oktyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Zəyəm kəndində baş verib. Kənd sakinləri olan 5 yaşlı Əli Taleh oğlu Əmirli və 3 yaşlı Arda Əmirli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Müayinə zamanı azyaşlıların dərmandan zəhərləndikləri məlum olub. Azyaşlılara lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.