Qax sakini güllələnib, qohumu saxlanılıb. Bu barədə 19 iyul tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Ötən gün axşam saatlarında rayonun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.