Qaxda 31 yaşlı kişinin asılmış meyiti tapılıb. Bu barədə İnsanoid bu gün, 15 avqust tarixində Qafqazinfo-ya istinadən xəbər verir.
Rayonun İlisu kəndində Sabirabad rayonunun Türkəndi kənd sakini, həvəskar idmançı Təriqət Mürsəlovun meyiti çayın kənarındakı alça ağacından asılmış vəziyyətdə aşkar edilib.
T. Mürsəlovun Qaxa istirahət üçün getdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.