Qaxda avtomobilin ağaca çarpılması nəticəsində ata və övladları xəsarət alıblar. Bu barədə İnsanoid bu gün, 14 avqust tarixində APA-ya istinadən xəbər verir.
Hadisə Qax şəhərinin S. Vurğun küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Pərvin Mehdiyev idarə etdiyi "BMW" markalı avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və avtomobil yol kənarındakı ağaca çarpılıb.
Nəticədə avtomobilin sürücüsü P. Mehdiyev və onun üç azyaşlı qızı - 11 yaşlı Banuçiçək Mehdiyeva, 9 yaşlı Əsmənur Mehdiyeva və 7 yaşlı Selcan Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.