Sosial şəbəkələrdə Xarici ölkə vətəndaşının Biləsuvar rayonunun Muğan kəndi ərazisində Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş bəzgək quşunu ovlaması ilə bağlı məlumatlar yayılıb. Bu barədə 19 yanvar tarixində Report məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber AZAl-Marri olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, 2 330 manat məbləğində cərimələnib.