Qızılağac Milli Parkında baş verən yanğın söndürülüb. Bu barədə İnsanoid bu gün 7 avqust tarixində Report-a istinadən xəbər verir.
Ötən gün Neftçala rayonundakı Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğın ərazinin çətin keçilən bataqlıq və küləkli hava şəraitinə baxmayaraq, tam söndürülüb.
Hadisə nəticəsində təxminən 200 hektar sahədə kol-kos və qamışlıq yanıb.
Milli Parkın böyük hissəsi yanğından mühafizə olunub.