Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək.
Bu barədə 29 noyabr tarixində Report Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
Ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır.
Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.