Quba rayon sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb. Bu barədə 5 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Nazim Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və ona məxsus evə baxış keçirilən zaman ümumi çəkisi 766 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Nazim Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.