Quba rayonunda spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə 10 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, yol-patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini İsmayıl İsmayılovun spirtli içkinin təsiri altında olması müəyyən edilib.
Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub. O, inzibati qaydada həbs edilib.