Quba rayonunun Hacıhüseynli kəndi yolunda avtomobil qəzası baş verib. Bu barədə APA 19 oktyabr tarixində xəbər verib.
“Mercedes” markalı nəqliyyat vasitəsinin “Qazel”lə toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Rayon sakinləri - 65 yaşlı Xalid Quliyev və 32 yaşlı Nərmin Mirzəbəyova Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər, onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.