Azərbaycanlılar İsrail səfirliyinin qarşısına gəlməkdə davam edirlər. Bu barədə İnsanoid AzFront-a istinadən bu gün, 10 oktyabr tarixində xəbər verir.
Ziyarətçilərdən biri Quba şəhərində dağ yəhudilərinin məskunlaşdığı Qırmızı qəsəbədən (Krasnaya Sloboda) olub.
O, İkinci Qarabağ müharibəsi zamanı İsrailin Azərbaycana göstərdiyi yardımdan və azərbaycanlılarla yəhudilər arasında uzunmüddətli dostluq barədə danışıb.
Sakinlər HƏMAS-nin İsrailə hücumu nəticəsində ölənlərin ruhuna dua oxuyur, güllər gətirirlər.
Böyüklərlə yanaşı, uşaqlar da səfirliyin önünə oyuncaqlar düzərək İsrailə öz dəstəklərini bildiriblər.