Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib. Bu barədə 28 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib.
“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”, - məlumatda bildirilib.