top
Ramazan ayında fürsətləri qaçırma: elektronika mağazalarındakı kampaniyalar
13 aprel 2022, 23:29
- ↺ +

Ramazan ayında fürsətləri qaçırma: elektronika mağazalarındakı kampaniyalar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda Ramazan ayı aprelin 2-dən başlayıb. Bayram dövlət səviyyəsində 2 və 3 may tarixlərində qeyd olunacaq. Bununla əlaqədar bir çox mağazalarda aksiyalar və endirimlərə start verilib. İnsanoid elektronika mağazalarında hazırda mövcud olan fürsətlər barədə araşdırma aparıb.

9-23 aprel tarixlərində İrşad-da smartfonlar, noutbuklar və aksesuarları qabaqcadan heç bir vəsait ödəmədən 12 ayadək faizsiz ala bilərsiz. Məişət texnikası aldıqda da eyni şərtlər keçərlidir, lakin kredit müddəti 18 ay olur. Təklifdən həm taksit kartları, həm nağd, həm də 3 aylıq hissəli alış zamanı yararlanmaq olar.

Music Gallery aprel ayının sonunadək məhsullara nağd alışa 50%-dək endirimlə sahib olmaq fürsəti verir. Bununla yanaşı, məişət texnikası və musiqi alətlərini 24 ayadək, mobil telefonları isə 12 ayadək kreditlə ilkin ödənişsiz və faizsiz almaq olar.

Mayın 10-dək Baku Electronics müştərilərə nağd alışda 50%-dək endirim təklif edir. Həmçinin məişət texnikasını ilkin ödənişsiz 18 aya, noutbuk və aksessuarları 15 aya, smartfon, planşet, Apple məhsulları və ev əşyalarını 12 aya kreditlə götürmək olar. Mebelləri isə komissiyasız, 24 ay faizsiz kreditlə və yaxud nağd 25% endirimlə almaq mümkündür.

Texnomart-da Ramazan kampaniyası mayın 5-dək davam edəcək. Burada seçilmiş məhsulları ilkin ödənişsiz, faizsiz, komissiyasız 24 ayadək hissəli ödəniş şərtləri ilə əldə etmək olar. Məsələn, Lenovo noutbukunu ayda 44 manata almaq imkanı var.

Ramazan ayı boyunca Optimal-dan nağd və ya 18 aylıq faizsiz kreditlə məişət texnikası aldıqda müştəriyə məhsulun 20%-i dəyərində istədiyi hədiyyə verilir.

Eurolux-da hazırda 50%-dək endirimlər var. Məsələn “Samsung” markalı televizoru 2 238 manata yox, 1 898 manata almaq olar. “Bergamo” ütünü isə 41% endirimlə 55 manata əldə etmək olar. Alış-veriş zamanı BirKart, Tamkart, Albalı və Worldcard taksit kartlarınızla ödəmə edə bilərsiniz.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə dördüncü dəfə raket atəşinə tutuldu

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:43

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

Bütün Xəbərlər
Dünən, 16:07

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar

Bütün Xəbərlər
Dünən, 16:02

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Bütün Xəbərlər
Dünən, 15:47

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Bütün Xəbərlər
Dünən, 14:14

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
Dünən, 13:16

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:19

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib

Bütün Xəbərlər
Dünən, 10:56

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün Xəbərlər
Dünən, 10:11

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasından 87 il ötür

Bütün Xəbərlər
Dünən, 09:37

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Bütün Xəbərlər
Dünən, 09:35

Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb

Bütün Xəbərlər
Dünən, 09:16

Donald Tramp: "Səkkiz Nobel Sülh Mükafatına layiqəm"

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün Xəbərlər
09 oktyabr 2026, 16:21

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

Bütün Xəbərlər
09 oktyabr 2026, 16:05

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:56

Prezident: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:35

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:31

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
09 oktyabr 2026, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
09 oktyabr 2026, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Oxşar xəbərlər