Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı 25 dekabr tarixində İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla R.Usubov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, dekabrın 22-də Ramil Usubovun 75 yaşı tamam olub.