Neftçala rayonunda intihar baş verib. Bu barədə İnsanoid bu gün, 29 iyul tarixində Lent.az-a istinadən məlumat verir.
Hadisə rayonun Qədimkənd kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Bəhriyyə Əzizova yaşadığı evdə çoxlu sayda dərman içərək özünü öldürüb.
İntiharın səbəbləri hələlik məlum deyil. Qadının ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.