Sabah, dekabrın 14-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu haqda TASS məlumat yayıb.
Əvvəlcə Şarl Mişel İlham Əliyev ilə danışıqlar aparacaq. Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Nikol Paşinyanı qəbul edəcək. Sonra isə üçtərəfli görüş baş tutacaq.
Azərbaycan lideri, həmçinin Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşəcək.
Ölkə rəhbərləri bundan əvvəl noyabrın 26-da Soçidə qarşılaşmışdırlar. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderləri bəyanat imzalamışdırlar.