11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək. Bu barədə 10 noyabr trarixində İnsanoid sərginin saytına istinadən xəbər verir.
Sərgidə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat Komitəsində 30-dan çox xarici və yerli təşkilatın iştirak müraciəti nəzərdən keçirilir.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.