Sabah Bakının Nəsimi, Binəqədi və Qaradağ rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 17 oktyabr tarixində məlumat verir.
“Bakı Metropoliteni” QSC-yə məxsus “Xocəsən” elektrik deposunun qazlaşdırılması məqsədilə yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin qaz təchizatı mənbəyi olaraq, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksəktəzyiqli magistral qaz kəmərinin 26-cı km hissəsində qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı oktyabrın 18-də saat 9:00-dan işlər başa çatanadək “Xocəsən”, “Alatava” və “Sulutəpə” Qaz Paylayıcı Stansiyalarından, həmçinin “Fərəh MMC” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Nəsimi, Binəqədi (bir hissəsi) və Qaradağ (kiçik bir hissəsi) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.