"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Bu barədə İnsanoid bu gün, 4 avqust tarixində xəbər verir.
Murad Musayevin baş məşqçi olduğu kollektiv II mərhələnin cavab oyununda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub edib. İlk qarşılaşmada 2:0 hesabı ilə qalib gələn klub iki görüşün nəticəsində adını növbəti mərhələyə yazdırıb.
Qarşılaşmanın 34-cü dəqiqəsində RFŞ-nin hücumçusu Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
67-ci dəqiqədə hesab açılıb və Yanus İkauniyeks qonaqları önə çıxarıb. 10 dəqiqə sonra isə Bakı klubu Coy Lens Mikelsin qolu ilə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Emanuel Apeh ikinci qolu vuraraq yekun hesabı müəyyənləşdirib.
"Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları 10-17 avqustda keçiriləcək.
[playlist type="video" tracklist="false" ids="124361"]