“Sabah” və “Neftçi”nin futbolçuları cəzalandırılıblar. Bu barədə İnsanoid bu gün, 31 avqust tarixində Report-a istinadən xəbər verir.
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Amin Seydiyev və Rza Cəfərovun cəza müddəti açıqlanıb.
“Sabah”ın müdafiəçisi Amin Seydiyev Premyer Liqanın “Zirə”yə qarşı keçirilən IV tur oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O, komandasının qarşıdakı 2 matçını buraxacaq.
“Neftçi”nin qapıçısı Rza Cəfərov isə “Qəbələ” ilə qarşılaşmada rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq 1 matçlıq diskvalifikasiyaya məruz qalıb.
“Sabah” 1500, “Neftçi” isə 800 manat cərimələnib.
Bundan başqa, “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” oyunlarından sonra meydançaya kənar şəxslərin daxil olmasına görə “Neftçi” və “Qarabağ” 800 manat cərimələnib.