Bakıda və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 18 dekabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5°, gündüz 6-11° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2°-3° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacaq.