Bakıda istirahət mərkəzinin icarədarı cərimələnib. Bu barədə 10 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Avqustun 8-də Səbail rayonunun Şıx çimərliyi ərazisində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkarlanıb.
Fakta görə çimərlik ərazisində yerləşən istirahət mərkəzlərindən birinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin ”müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması” maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.