Sabirabad sakini xəstəxanalıq olub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 11 oktyabr tarixində xəbər verir.
Oktyabrın 7-si axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 32 yaşlı S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.