Sabirabadda 12 yaşlı əkiz qardaşları və onların 16 yaşlı qohumunu su kanalında elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə 31 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonunun Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar, 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.