Sabirabadda 31 yaşlı qadın intihar edib. Bu barədə 18 iyul tarixində İnsanoid Report-a istinadən məlumat verir.
Hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Həsənova Samirə Nəsrulla qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. İntihar hadisəsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.