Sabirabadda kişi meyiti tapılıb. Bu barədə 16 dekabr tarixində Report məlumat verib.
Hadisə rayonun Ulacalı kəndində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü kənd sakini Mirzəyev Vadər Mahmud oğlunun meyiti yaşadığı evdə aşkar edilib.
Mərhumun baş nahiyəsində xəsarətlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.