Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə APA 12 oktyabr tarixində xəbər verib.
Hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.
Rayonun Moranlı kənd sakini Oçaqverdiyev Ramiz İltifat oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçən piyada - Zal Qarağac kənd sakini, 65 yaşlı Pənah Ağamalıyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.