Sabirabadda avtomobil su kanalına aşıb. Bu barədə noyabrın 7-də Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Hadisə Şəhriyar kəndində baş verib. Beyləqan rayon sakini Elman Vəlizadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini Məhbubə Nəsirova suda boğularaq həlak olublar.
Faktla bağlı araşdırma aparılır.