Sabirabadda məktəbdə yanğın olub. Bu barədə 19 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Sabirabad rayonunun Qaraqaşlı kəndində orta məktəb binasının birmərtəbəli korpusunun ümumi sahəsi 500 kvadratmetr olan idman zalında 4 ədəd idman döşəyi qismən və döşəməsi 2 kvadratmetr sahədə yanıb.
İdman zalının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.