Sabirabad polisi rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən dörd nəfəri saxlayıb. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 5 yanvar tarixində məlumat verir.
Həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.