Sabirabad rayonun Məmişlər kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən 4 nəfər də saxlanılıb. Bu barədə 25 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Onların həmin kənd sakini Şəfahət Əliyev, İmişli rayon sakinləri: Samir Qurbanov, Mais Kərimov və Vüsal Hümbətov olduqları müəyyən edilib.
Həmin şəxslərin ətrafında aparılan araşdırmalar zamanı onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adıçəkilən şəxslər iyulun 14-də eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyun oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.