Sədərək Gömrük Postunda niyə sıxlıq yaranıb? Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid APA-ya istinadən xəbər verir.
Son iki gündə Sədərək Gömrük Postunda TIR-lərin keçidində yaranan sıxlığa aydınlıq gətirilib.
Bildirilir ki, Türkiyə ilə İran arasında sərhəd qapısında təmir-tikinti işləri gedir. Ona görə TIR-lərin hamısı Sədərək Gömrük Postundan keçir və bu səbəbdən də sıxlıq yaranıb.
“Hazırda Türkiyə tərəfdə TIR-lər üçün yalnız bir keçid işləyir. Orada 250-dən çox TIR-imiz var. Sədərək Gömrük Postunda TIR-lərin buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdur”, - deyə Naxçıvan Baş Gömrük İdarəsindən əlavə edilib.