Azərbaycanın Fransadakı Səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib. Bu barədə 1 fevral tarixində İnsanoid xəbər verir.
Müraciətin mətni Səfirliyin X hesabında yayılıb.
Diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib.