Oktyabrın 18-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda sulu qar yağıb. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, oktyabr tarixində xbər verir.
Oktyabrın 17-si gün ərzində bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.
Düşən yağıntının miqdarı Şəki, Qax, Astarada 8 mm, Yardımlıda 6 mm, Lerik, Oğuz, Şahdağ, Ordubad, Gədəbəy, Sədərək, Mingəçevir, Qəbələ, Lənkəran, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Qobustan, Biləsuvar, Sabirabad, Cəfərxan, İsmayıllı, Yevlax, Balakən, Zaqatala, Göyçay, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Quba (Qrız), Qax, Göygöl, Daşkəsən, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Oktyabrın 17-də müşahidə olunan güclü şimal-qərb küləyi 18-i səhər saatlarından 8-13 m/s-dək zəifləyib.