Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərinə rəsmi səfərə gedib. Bu barədə İnsanoid Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bu gün, 9 oktyabr tarixində məlumat verir.
Nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər daxildirlər.
Buxarestin “Henri Koanda” Beynəlxalq Hava Limanında nümayəndə heyətini Rumıniya Parlamenti Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suşu, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılayıblar.