Sabah Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Bu barədə 24 oktyabr tarixində Report məlumat verib.
Səfər çərçivəsində S.Qafarovanın Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) sədri Numan Kurtulmuş və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.