Şəkidə iki nəfər itkin düşüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 11 oktyabr tarixində xəbər verir.
Şəki şəhər sakini, 53 yaşlı Xatirə Əliyeva iyulun 24-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Rayonun Orta Zəyzid kənd sakini, 32 yaşlı Tərlan Məsimov isə oktyabrın 7-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib.
Şəkillərdə gördüyünüz şəxsləri görənlərdən və ya barələrində məlumatı olanlardan DİN-in "102” Xidməti - Zəng Mərkəzinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.